Bu avtomobillər İçərişəhərə buraxılmayacaq

19:37 28.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqədar olaraq İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Hafta.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, 1-3 may tarixlərində qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.